Текст песни H.O.S.T - Aglama

Все тексты H.O.S.T
Olülərim sevinsin,gəldi Tanrınız

Əsirlərlə,qəddarcasına alovlarda yandınız

Yox olmuşam sandınız,amma artıq burdayam

Çox amansız,Çox qəddar cəzalar arzusundayam

Gəlmələrin ruhuyam,səmalardan gəlmişəm

Источник https://alllyr.ru/song104533
Qaranlığıma baglıyam,mın Maranı sevmişəm

Dirilərdən bezmişəm,onlar üçün kor yuxuyam

Cansızlıqdı dərdiniz,sizlər üçün oxuyuram..,

Ağlama,yaşla dolar qanı içilmiş qəlbiniz

Söz demə duyan olar var özünüzdən sirriniz


Küləklidi həyat yolunuz,gəmilərsə yelkənsiz

Ölülərimin cərgəsinə,namizədsiz hər biriniz

Diliniz yedizdirir yalan yeyən qarğaları

Kəşf etdim daş ürəklərdə boş məzarları

Hiss etdim cənnətdən uzaqlaşan tayfaları

Qayaları parça-parça etməyə qadir insan

Nə acizsən duyğularda qorxu görüb ağlayanda

Tənhalıqdan qışqıranda əl uzatdım istəmədin

Sən həyatsan,mən ölüməm,ağlayacam qovuşanda

İnanmadın,yox ol dedin,xoşbəxtsənmi bu həyatda?!

Milyonlar uçun əsir oldun,qeyb olmusan sarmaşıqda

Dua etdin göz istədin,Allah verdi bəyənmədin

Can istədin,onuda verdi,fitnələrdən bezmədin

Gündüzlərə göz yumuldu,gecələrdə həsrət qaldı

İşiqa,imama nifrət vardı,qulaqlarda qeybət vardı

Ümid vardı sandı yandı,qanda xeyli igid vardı

Cənnət əhli darıxırdı,orda tənha şəhid vardı

Bəs nə oldu?gözün doldu,bu tək yoldu,yolda koldu

Qaradonlu qarğa qondu,taxta qondu,qanıvı sordu

Güclü ordu gözüvə durdu,mən deyildim üzünə durdu

Qəddar tələ izivə qurdu,tab gətirmir artıq sondu...........,



Barmaqları çürümüş bəstəkarın nəğməsi,yara basmış dilimdə,

Hər gecə onun səsiylə,ağrılarla oyanır qara dərviş içimdə.

Ağlıyır heç vaxt ağlamayan susuz çöllərim keçmiş itmiş izlərim,

Bağırdım,bağırtım ağrımla bağrımı yandırdı,yandı hisslərim.

Tərki dünyalıq,əzablarla dolu boxça qırışmış əlimdə,

İllərlə yaşadığım,yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə.

İzdiham içində getsəmdə getməsəmdə,itsəmdə itməsəmdə,

Onsuzda yorğun baxışlar çevirdi həyat düşüncələrimi başqa səmtə.

Ağlama dedim amma ağladı,qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi,

Bilən kimiki həsrət sonu ünvan olub kədər bunu gülə-gülə deyən kimi.

İtən kimi sevinc möhürləri həyatımdan ayaq açıb qaçıb gedən kimi,

Kimi sınağa çəkər görən fələk aldığım çətin nəfəs bitən kimi.

Paltarım,əməllərim oda qara çirkli cırığ,söküy

Sus Dərviş,sakit ol qarğa,Mete,Aid bu gün nə isə sönüy

Ümidsiz xəyallarım itkin düşmüş ümidlər yoluma səd çəkər

Ağrı,nəfəs,kömək,ömürlük tənhalıq və qaranlıq gələr



Qanadlarıma sığal çək,qucaqla belimi başını sinəmə qoy,

Gözünü yum,say ona kimi,qollarımda gizlən özüvü axtar özüvü.

Tap içimdə,ipək saçların tökülsün üzümə gözlərin gətirdi gecəni,

Sinəmi tut,dərimi cır,ətimi did,qabırğalarımı sındırıb,tap ürəyimi.

Əgər varsa mənədə göstər,əgər yoxsa gizlə yalannan de var dərində doyünür hələdə,

Dırnağınla cız üstündə adıvı əbədi qalsın orda.

Güllər ək!sevgimiz qədər gözəl,zəhərli tikanlarını qır dişinlə tüpür ocağa,

Yansın orda,biz susaq,dodaqlar danışsın nağıldan,nağıla gəzək əl-ələ

Tozlu səhifələrdə,ən dərin zirvələrdə nalə çək

Qışqır adımı əbədi karlar ölkəsində

Çılpaq qayaların yasında dalğalar gələndə,

Mənidə çağır darıxsan utanma məndə darıxacam

Göz yaşım islatdı amma qığılcımla alışacam

Ağlama gəl qarışaq südlə bal kimi,odla köz kimi

Bir az döz mənə,bir az sev məni

Bir az inan,qısqan bir az içimdə qarğalarıma

Tulla qaydalarını,gəl sökək tərbiyə pərdələrini

Parçala,yol əllərinlə saçımı dibinnən



Dişlə dodağını,qanını tök yanağıma iyrənim bir az

Günəşi ört adınla,qaranlıqda tüstü dumana qarışaq

Zamanı saxla son nəfəsdə cəhənnəm oduyla alışaq

Diyirlənir yenə qələm ucunda diyircək,

Nəfəsdə ağır-ağır gedir-gəlir,quruyub boğaz yoxdu tüpürcək.

Sonuncu tüstümdü dostum götür çək,yanımda Dərviş ölüm Tanrısı

Qarğa qara lələklə yoluma davamdayam,sənsə qulaqlarıva hakim kəsilmiş

Bu kəsin səsin bir az aciqda aç,yerivi rahatla

Fikirlərimə azad əmri verib qanadlan,xoşuva gələn mövzulardan geriyə qayıtma

Qon,qal oralarda don demişəm,bütün çərçivələrə və sərhədlərə son demişəm

Saatlar gücsüz olub,işləmir əqrəblər,bədən yorulmuş ayaqlar üstündə

Amma bitmir tələblər,əllər isə yorulmur yazır bitmir səbəblər

Ölmüş sinirlərlə özünü ayırıb beyinnən əsəblər

Başıma qonmuş dövlət quşudu qarğa,

Mən isə Dərviş Ölüm Tanrısıyla müqaviləm var

Öldürə bilməz track bitməmiş,replay bas uzat ömrümü

Yadakı ölsəm ağlama,vəsiyyətimdi yas saxlama

Dumanım bitdi vidalaşdım,dedim gözləmə

Bundan sonra tək dostam özüm-özümə mən!

0 из 5 Оценок: 0.
Взято с https://alllyr.ru/lyrics/song/104533-h-o-s-t-aglama/
Telegram БОТ для поиска песен